Bank Of Baku

“Karvan” klubların reytinq siyahısında 33 pillə geriləyib

“Karvan” klubların reytinq siyahısında 33 pillə geriləyib
# 12 yanvar 2007 13:00 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2007-ci ildə 350 ən güclü klubların reytinq siyahısını hazırlayıb. İspaniyanın “Sevilya” klubu 295 xalla birinci pillədəki mövqeyini qoruyub. İki pillə irəliləyən “İnter” (İtaliya) 186 xalla ikinci yerdədir. “Roma” (İtaliya) 277 xalla üçün, “Barselona” (İspaniya) və digər İtaliya təmsilçisi “Milan” 268 xalla dördüncü-beşinci pillələrdə qərarlaşıblar. “Liverpul”, “Arsenal” (hər ikisi İngiltərə), “Lion” (Fransa), “İnternasional” (Braziliya) və “Rapid” (Rumıniya) ardıcıl olaraq ilk “onluq”da qərarlaşıblar. APA-nın məlumatına görə, əvvəlki aylarla müqayisədə, siyahıda Azərbaycan yalnız bir klubla təmsil olunub. Ötən ilin dekabrında açıqlanan cədvəldə 146-cı yerdə olan Yevlaxın “Karvan” klubu 33 pillə geriləyib. Hazırda 87 xalı olan “Karvan” 179-cu sıradadır. Ölkə kubokunun sonuncu qalibi “Qarabağ” isə siyahıdan çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR