Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Litvaya məğlub olub

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Litvaya məğlub olub
# 13 yanvar 2007 10:15 (UTC +04:00)
Belarusda təşkil edilən Belarus Futbol Federasiyası və Minsk şəhər İcraiyyə Komitəsinin Assosiasiya mükafatları uğrunda turnirdə iştirak edən 17 yaşlılardan ibarət Azərbaycan yığması qrup mərhələsində keçirdiyi üçüncü oyunda da məğlub olub. APA-nın məlumatına görə, sayca üçüncü beynəlxalq turnirdə millimiz bu dəfə Litvaya 0:2 hesabı ilə uduzub. Yeniyetmələrimiz bu qarşılaşmaya qədər Slovakiya və Belarusdan olan həmyaşıdlarına 0:1 hesabı ilə məğlub olmuşdular. Yaşar Vahabzadənin başçılıq etdiyi yığmamız turnirdə sonuncu oyununu Latviyaya qarşı keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR