Bank Of Baku

Polşa millisinin baş məşqçisi Azərbaycanla oyunun təxirə salınmasına etiraz edib

Polşa millisinin baş məşqçisi Azərbaycanla oyunun təxirə salınmasına etiraz edib
# 15 yanvar 2007 10:53 (UTC +04:00)
Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Polşa ilə martın 24-ə nəzərdə tutulan oyunu təxirə salınmayacaq. Bu barədə APA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov bildirib. Onun sözlərinə görə, AFFA ilə Polşa Futbol Assosiasiyası (PZPN) arasında bu oyunun təxirə salınması ilə bağlı ilkin razılıq əldə edilib. Ancaq sonradan Polşa yığmasına baş məşqçi təyin olunan Leo Beenhaker Azərbaycanla qarşılaşmanın təxirə salınmasına etiraz edib. Qeyd edək ki, təqvimə əsasən, yığmamız martın 28-də Bakıda Finlandiya millisini qəbul edəcək. Bu məqsədlə AFFA cüt oyunlardan qaçmaq üçün ötən yay PZPN-na müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR