Bank Of Baku

Şahin Diniyev: “Sokolovun cəzalandırılması faciədir”

Şahin Diniyev: “Sokolovun cəzalandırılması faciədir”
# 15 yanvar 2007 12:28 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev Türkiyədədir. Baş məşqçi Türkiyədən APA-ya verdiyi açıqlamada bildirib ki, səfər çərçivəsində Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”, “İnter” və “Neftçi” klublarının keçirəcəkləri yoxlama oyunlarını izləyəcək: “Bu gün “Qarabağ” - “Sivasspor”, sonra “İnter” - “Spartak” qarşılaşmasını izləyəcəyəm. Yanvarın 16-da isə “Neftçi”nin hələ adı bəlli olmayan rəqibi ilə oyununa baxacağam”. Ş.Diniyev yığmamızın və “Qarabağ” klubunun müdafiəçisi Sergey Sokolovun UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 18 ay müddətinə diskvalifikasiya olunmasına da münasibət bildirib: “Sokolovun cəzalandırılması faciədir. Onun 18 ay futboldan kənarlaşdırılmasında həkimlər günahkardır”. Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsində Polşa ilə martın 24-də nəzərdə tutulan oyununun təxirə salınması barədə razılığın əldə olunmamasına gəlincə, baş məşqçi 4 gün ərzində 2 komanda - Polşa və Finlandiya ilə oyun keçirməyi problem saymayıb: “Onsuz da oynamalıydıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR