Bank Of Baku

Bakı Futbol Federasiyası “Bakı” klubunu mükafatlandırıb

Bakı Futbol Federasiyası “Bakı” klubunu mükafatlandırıb
# 15 yanvar 2007 13:46 (UTC +04:00)
Bakı Futbol Federasiyası (BFF) ötən ilin yekunları ilə bağlı bu gün keçirdiyi toplantısında “Bakı” klubunu mükafatlandırıb. APA-nın məlumatına görə, “Elit” otelində təşkil olunan tədbirdə BFF-nin birinci vitse-prezidenti Məzahir Süleymanzadə “Paytaxtın fəxri” nominasiyasında mükafatı “Bakı” klubunun baş meneceri Zeynal Məmmədova təqdim edib. “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev də mükafatsız qalmayıb. BFF-nin seçiminə görə, B. Hacıyev “Paytaxtın məşqçisi” nominasiyasında birinci olub. M. Süleymanzadə mükafatların məhz bu gün verilməsinin təsadüfi olmadığını bildirib. BFF-nin vitse-prezidenti “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirinə yollanan “Bakı”ya mükafat verməklə komandanın Moskvadan uğurla qayıtmaq arzusunu dilə gətirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR