Bank Of Baku

Ladaqa və Qomeşin çəki problemi yaranıb

Ladaqa və Qomeşin çəki problemi yaranıb
# 15 yanvar 2007 14:59 (UTC +04:00)
Viza problemi ilə əlaqədar Azərbaycana qayıdışları xeyli yubanan braziliyalı oyunçular Andre Ladaqa və Leandro Qomeş yanvarın 14-də “Bakı” komandasının düşərgəsinə daxil olublar. APA-nın məlumatına görə, komandanın baş məşqçisi Böyükağa Hacıyev keçirdiyi mətbuat konfransında bildirib ki, cənubi amerikalı futbolçuların fiziki formaları qənaətbəxş olsa da, çəkiləri artıb: “Futbolçular düşərgədə olarkən tibbi müayinədən keçdilər. Ladaqa və Qomeş artıq çəkiyə malik olsalar da, fərq cəmi yarım kiloqramdır. Əgər onların oyun praktikasında problem yaranarsa, MDB və Baltikyanı ölkələrin çempionları kuboku turnirində ilk oyunda meydana çıxmaya bilərlər”. Braziliyalı futbolçular hazırda fiziki hazırlıq üzərində çalışırlar. Onların durumu yanvarın 17-də birinci dəstə təmsilçisi “Masallı” ilə keçiriləcək yoxlama oyununda bilinəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR