Bank Of Baku

“Bakı”nın baş məşqçisi Böyükağa Hacıyev: “Komandam Moskva turnirinə tam hazır deyil”

“Bakı”nın baş məşqçisi Böyükağa Hacıyev: “Komandam Moskva turnirinə tam hazır deyil”
# 15 yanvar 2007 15:39 (UTC +04:00)
“Bakı” komandasının baş məşqçisi Böyükağa Hacıyev MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku turnirində uğur qazanacaqlarına inandığını söyləyib. APA-nın məlumatına görə, B. Hacıyev keçirdiyi mətbuat konfransında bildirib ki, “Neftçi”nin ötən il qazandığı uğurdan sonra turnirdə daha məsuliyyətlə çıxış edəcəklər: “Komandanın tam hazır olması üçün 4 həftə vaxt lazımdır. Biz bu baxımdan problemlə üzləşmişik. Zamana ehtiyacımız var. Buna görə də komandamın turnirə yüz faiz hazır olduğunu deyə bilmərəm. Bütün bunları söyləməklə indidən bəhanə axtarmaq fikrindən uzağam. Qarşımızda duran minimum vəzifə qrup mərhələsini keçməkdir. Milli çempionatımızda ötən il qazandığımız uğurdan sonra qarşıdakı turnirdə də zirvəyə qalxmaq fikrindəyik”. B. Hacıyev turnirdə “Bakı”nın ilk rəqibi olan “Şerif”in oyununu izlədiklərini də söyləyib: “Rəqibin oyununa DVD vasitəsilə baxmışıq. “Şerif”lə qarşılaşdığımız zaman qrupdakı digər rəqiblərimiz “Levadiya” ilə “Dordoy-Dinamo”nun oyununu məşqçilərimizdən biri izləyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR