Bank Of Baku

Fuad Əsədov: “Futzal yığmamıza yaxın müddətdə baş məşqçi təyin edilməyəcək”

Fuad Əsədov: “Futzal yığmamıza yaxın müddətdə baş məşqçi təyin edilməyəcək”
# 16 yanvar 2007 07:53 (UTC +04:00)
Futzal üzrə milli komandamıza yaxın müddətdə baş məşqçi təyin edilməyəcək. Bu barədə APA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov məlumat verib. Onun sözlərinə görə, futzal yığmamız Avropa çempionatının seçmə qrup mərhələsinə “Araz” klubunun bazasında hazırlaşacaq: “Hazırda “Araz” ölkəmizin ən güclü futzal komandasıdır. Çempionlar Liqasında mərhələ keçiblər. Hesab edirəm ki, düzgün yoldadırlar. Ona görə də hələlik yığma üzvləri “Araz”ın məşqçilər heyətinin rəhbərliyi altında çalışacaqlar”.
Qeyd edək ki, hazırda “Araz”ın baş məşqçisi Zaur Axundovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR