Bank Of Baku

Mihay İonesku: “Ötən il şərəfini qoruduğum “Şerif” komandasına üç qol vuracağam”

Mihay İonesku: “Ötən il şərəfini qoruduğum “Şerif” komandasına üç qol vuracağam”
# 16 yanvar 2007 08:43 (UTC +04:00)
“Bu, mənim “Birlik Kuboku” turnirində üçüncü çıxışım olacaq. İndiyədək Tiflisin “Dinamo” klubunun heyətində analoji yarışda iştirak etmişəm. İlk çıxışım 1998-ci ilə təsadüf edib və həmin vaxt yarımfinalda Kiyev “Dinamo”suna uduzduq. Turnirdə ikinci çıxışım isə uğurlu alınıb. 2003-cü ildə finalda “Skonto” üzərində qələbə qazanıb turnirin qalibi adını qazandıq. İnanıram ki, “Bakı” klubunun ötən yay Çempionlar Liqasındakı uğursuzluqlarının əvəzini çıxacağıq”. Bu fikirləri APA-ya açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Aleksandr Qoqoberişvili söyləyib. Gürcüstanlı legioner “MDB və Baltikyanı ölkələrin çempionları Kuboku” turnirində yanvarın 20-də qarşılaşacaqları “Şerif” klubunu güclü saydığını deyib. “Birlik Kuboku” turnirini qazandıqları ildə Moldova çempionunun qapısına qol vurduğunu söyləyən A. Qoqoberişvili bu dəfə də fərqlənməyə çalışacağını bildirib: “Vəd verməyi xoşlamıram. Yalnız onu deyə bilərəm ki, turnirdə uğurlu çıxış etmək üçün var gücümüzü ortaya qoyacağıq. Bu turnirdə təcrübəm böyük olsa da, uğur tək məndən asılı deyil, bütün komanda uğurlu çıxış etməyə çalışmalıdır. Mən də “Neftçi” klubunda çıxış edən Vadim Borets kimi ikinci dəfə “Birlik Kuboku” turnirini qazanmaq istəyirəm”. Qeyd edək ki, A. Qoqoberişvili 2003-cü ildə “Birlik Kuboku” turnirində V. Boretsə qarşı oynayıb.
“Bakı” klubunun digər legioneri Mihay İonesku isə APA-ya açıqlamasında ötən il şərəfini qoruduğu “Şerif” komandasına üç qol vuracağını vurğulayıb: “Şerif” çox yaxşı komandadır. Heyətində həm legioner, həm də gənc futbolçular var. Bu turnir mənim üçün də əhəmiyyətlidir. İndiyədək meydana az çıxdığımdan, bundan sonra çox oynamaq istəyirəm. Moskvada özümü göstərməyə və keçmiş komandama üç qol vurmağa çalışacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR