Bank Of Baku

“Qarabağ” “Sivasspor” klubuna böyük hesabla məğlub olub

“Qarabağ” “Sivasspor” klubuna böyük hesabla məğlub olub
# 16 yanvar 2007 11:18 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası keçirdiyi üçüncü yoxlama oyununda uğursuzluğa düçar olub. Əvvəlki iki sınaq görüşündə aşağı dəstə təmsilçiləri “Bəylərbəyi” və “Ərzurumspor” klubları ilə 2:2 hesablı heç-heçə oynayan “Qarabağ” Superliqada çıxış edən “Sivasspor”a böyük hesabla uduzub. APA-nın məlumatına görə, milli komandamızın baş məşqçisi Şahin Diniyevin də izlədiyi qarşılaşmada “Qarabağ” ikinci hissəsində buraxdığı üç cavabsız topla böyük hesabla məğlub olub 0:3. “Qarabağ” növbəti yoxlama oyununda Ukraynanın “Metallurq” komandası ilə üz-üzə gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR