Bank Of Baku

AFFA “Araz” futzal klubunu cərimələyib

AFFA “Araz” futzal klubunu cərimələyib
# 16 yanvar 2007 11:40 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nizam-İntizam Komitəsi (NİK) futzal üzrə ölkə çempionatında mübarizə aparan “Araz” və “Star GSM” klublarını cəzalandırıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, bu komandalar arasındakı oyunda Vitali Borisov (“Araz”) qırmızı vərəqə ilə meydandan qovulduğu üçün iki oyunluq diskvalifikasiyaya və 100 manat cəriməyə məruz qalıb. “Star GCM”in oyunçuları Rüfət Balakişiyevlə Bəhruz Babayev isə ikinci sarı vərəqə ilə meydandan qovulduqları üçün NİK futbolçuların hər birinin 10 manat cərimələnməsi və növbəti oyuna buraxılmaması haqda qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR