Bank Of Baku

“Olimpik” ev oyunlarını keçirmək üçün stadion axtarışına çıxacaq

“Olimpik” ev oyunlarını keçirmək üçün stadion axtarışına çıxacaq
# 16 yanvar 2007 12:34 (UTC +04:00)
“Şəfa” stadionu “İnter” klubuna 15 illik icarəyə verilsə də, ikinci dövrədə paytaxtın digər təmsilçisi “Olimpik” də ev oyunlarını yenə həmin arenada keçirə bilər. “Olimpik” klubunun vitse-prezidenti Vaqif Qasımov APA-ya açıqlamasında bildirib ki, stadionun icarəyə verilməsini eşitdikdən sonra AFFA-nın baş katibi Fuad Əsədovla danışıb: “Əsədov dedi ki, “Şəfa” stadionu ilə müqaviləniz var və buna görə də ikinci dövrədə ev oyunlarınızı həmin arenada keçirə bilərsiniz”. V. Qasımov bildirib ki, hələ mövsümün əvvəlində iştirak ərizələrini AFFA-ya təqdim edərkən cari çempionatda rəqib komandaları “Şəfa” stadionunda qəbul edəcəklərini göstəriblər. Vitse-prezident həmçinin əlavə edib ki, “İnter” klubundan hələlik heç kim onlara yeni müqavilə bağlamağın zəruriliyini bildirməyib: “Həm də ortada rəsmi sənəd yoxdur. Bu səbəbdən indidən gələcəkdə nə olacağını deyə bilmərəm”. V. Qasımov “İnter” rəhbərliyinin müqaviləyə yenidən baxacağı halda, başqa stadion axtarışına çıxacaqlarını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR