Bank Of Baku

Sergey Sokolov: “Qarabağ”da qalıb-qalmayacağım Abdulbari Goozalla görüşdə müəyyənləşəcək”

Sergey Sokolov: “Qarabağ”da qalıb-qalmayacağım Abdulbari Goozalla görüşdə müəyyənləşəcək”
# 16 yanvar 2007 13:47 (UTC +04:00)
UEFA Nizam-İntizam Komitəsinin qərarı ilə 18 ay müddətinə diskvalifikasiya edilən Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov XV milli çempionatın sonunadək şərəfini qoruduğu “Qarabağ” klubunun heyətində qalacaq. Bu haqda APA-ya Sergey Sokolovun özü məlumat verib. Onun sözlərinə görə, klubun baş direktoru Əmrah Çəlikəllə görüşü zamanı hələlik “Qarabağ” klubunda qalacağı müəyyənləşib: “Bu gün Çəlikəllə görüşdüm. Komanda rəhbərliyi məni çətin vəziyyətdə buraxmaq niyyətində deyil və hələlik komandada qalmağımı istəyirlər. Rəhbərlik mənə mövsümün sonunadək qayğı göstərib pulumu verəcək. “Qarabağ”la müqaviləmin müddəti isə mayın 31-də başa çatır. Ancaq komandada qalıb-qalmayacağım yanvarın 18-də klub prezidenti Abdulbari Goozalla görüşdə müəyyənləşəcək. Onunla “Qarabağ”da hansı şərtlərlə qala biləcəyim müzakirə ediləcək”. S. Sokolov AFFA rəhbərliyi ilə görüşünü də istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR