Bank Of Baku

“Xəzər-Lənkəran” Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq

“Xəzər-Lənkəran” Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq
# 16 yanvar 2007 14:16 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanan Lənkəranın “Xəzər-Lənkəran” komandasının rəqibləri müəyyənləşib. İlk oyunda İraq millisi ilə 1:1 hesablı heç-heçə edən lənkəranlılar yanvarın 17-də yerli “Əl-Hədda” komandası ilə qarşılaşacaqlar. Bu barədə APA-ya klubun mətbuat katibi Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, həmin oyunda baxışda olan legionerlər - belaruslu Sergey Pavlyukoviç və litvalı Darius Jutatuasın taleyinə aydınlıq gələcək. Z. Əzizov hazırlığın ikinci mərhələsində qarşılaşacaqları rəqiblərin adlarını da açıqlayıb. “Xəzər-Lənkəran” yanvarın 28-də Qazaxıstanın yüksək liqa təmsilçisi “Jetısu”, 3 gün sonra Serbiyanın “Partizan”, fevralın 3-də isə Rusiyanın birinci divizion klubu “Ural”la yoxlama oyununda qüvvəsini sınayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR