Bank Of Baku

“Neftçi” sabah Antalyada “Yozqatspor” klubu ilə qarşılaşacaq

“Neftçi” sabah Antalyada “Yozqatspor” klubu ilə qarşılaşacaq
# 16 yanvar 2007 14:48 (UTC +04:00)
İki gün əvvəl Türkiyənin Antalya şəhərinə yollanan “Neftçi” klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı ilk komanda müəyyənləşib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının APA-ya verdiyi məlumata görə, komanda yanvarın 17-də Türkiyənin aşağı liqa təmsilçisi “Yozqatspor”la qarşılaşacaq. Gündə iki dəfə olmaqla məşq edən dördqat ölkə çempionun heyətində zədəli oyunçu olmadığını söyləyən S. Səfiyarlının sözlərinə görə, hazırlığa ən son qatılan futbolçu Eşqin Quliyevdir. E. Quliyev 17 yaşlılardan ibarət yığmanın heyətində Belarusda təşkil edilən beynəlxalq turnirdə iştirak etdikdən sonra dünən “Neftçi”nin düşərgəsinə yollanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR