Bank Of Baku

“Turan” sponsor tapa bilmir

“Turan” sponsor tapa bilmir
# 16 yanvar 2007 15:07 (UTC +04:00)
Sponsor axtarışında olan Tovuzun “Turan” klubu hələlik istəyinə çata bilməyib. Klubun icraçı-direktoru Yaşar Sultanovun APA-ya verdiyi məlumata görə, bu istiqamətdə aparılan danışıqlar indiyədək səmərəsiz qalıb: “Klubun maddi vəziyyəti ürəkaçan deyil. Hazırda maliyyə imkanlarımız zəifdir. Bir neçə imkanlı şəxslə danışıqlarımız davam edir. Ancaq əsaslı bir şey olmadığından hələlik açıqlama vermək yersizdir”. Y. Sultanov son vaxtlar “Turan” klubunun dağılmaq ərəfəsində olması haqda yayılan xəbərləri dezinformasiya adlandırıb: ““Turan”ın dağılması haqda xəbərlər absurddur. Bu barədə düşünməyə dəyməz. Sadəcə, biz daha yaxşı çıxış etmək üçün klubun maddi vəziyyətini yaxşılaşdırmaq istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR