Bank Of Baku

“Turan” legionerlərini satmaq qərarına gəlib

“Turan” legionerlərini satmaq qərarına gəlib
# 16 yanvar 2007 15:33 (UTC +04:00)
Tovuzun “Turan” klubunun rəhbərliyi komandanın legionerlərini satmaq fikrinə düşüb. Klubun satmaq istədiyi futbolçular burkino-fasolu İssa Nikiyema və bolqarıstanlı Asen Nikolovdur. Bu barədə APA-ya “Turan”ın icraçı direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, mövsümün sonunadək Sumqayıtın “Gənclərbirliyi” klubunda icarə əsasında oynayan İ. Nikiyema az öncə İranın “Pas” komandasında baxışda olsa da, onlarla hələ danışıq aparan olmayıb: “İranlılar İssa ilə bağlı bizə müraciət etməyiblər. Əgər Nikiyemanı istəsələr, onu satmağa hazırıq”. A. Nikolova gəlincə, icraçı direktor bildirib ki, onun Bolqarıstanda düşərgəsində olduğu “Nafteks” klubu ilə danışıqlar davam edir: “Bolqarlar Nikolovla ciddi maraqlanırlar. Klubun rəhbərliyi ilə söhbətimiz olub. Asenin “Turan”la müqaviləsinin müddəti 18 aydan sonra başa çatır. “Nafteks” rəhbərliyi ilə danışıqlarda onun ya icarəyə verilməsi, ya da birdəfəlik satılması müzakirə edilir. Sabah bu məsələ həllini tapmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR