Bank Of Baku

Vaqif Cavadov Türkiyənin “Kocaelispor” klubu ilə müqavilə bağlayıb

Vaqif Cavadov Türkiyənin “Kocaelispor” klubu ilə müqavilə bağlayıb
# 16 yanvar 2007 16:13 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov karyerasını Türkiyədə davam etdirəcək. APA-nın məlumatına görə, mayın 25-də 18 yaşı tamam olacaq həmvətənimiz baxışda olduğu Türkiyənin Liq A (ikinci liqa) klublarından “Kocaelispor”la müqavilə bağlayıb. Hələlik müqavilənin detalları açıqlanmır. Qeyd edək ki, ali futbol qurumu FİFA-nın qaydalarına əsasən futbolçunun 18 yaşı tamam olmadığından o, türkiyəlilərlə anlaşmada iştirak edə bilməz. Bu səbəblə hücumçunun atası Fizuli Cavadov hazırda Türkiyədədir. İndiyədək Moskvanın MOİK klubunun əvəzedici heyətində çıxış edən V. Cavadov milli komandamızda altı görüşdə meydana çıxıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR