Bank Of Baku

“Qalatasaray” TV yayına başlayıb

“Qalatasaray” TV yayına başlayıb
# 16 yanvar 2007 16:36 (UTC +04:00)
Türkiyədə “Fənərbaxça” və “Beşiktaş” klublarının ardınca “Qalatasaray” futbol klubunun da rəsmi televiziya kanalı yayına başlayıb. APA-nın “sarı-qırmızılı” komandanın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Doğan TV Yayıncılık (DTV)” şirkətinə bağlı olaraq qurulan “Qalatasaray televiziyası”nı (GSTV) Türksat 2A peykt antenasında 11804 və 24444 5/6 tezliyində izləmək olar. Xatırladaq ki, GSTV-nin hələ ötən ilin noyabrından yayına başlayacağı barədə anonslar verilirdi. Hazırda yeni telekanal test yayını həyata keçirir, kanal tam şəkildə yanvarın 22-dən etibarən yayımlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR