Bank Of Baku

“İnter” (Bakı) Antalyada keçirdiyi ikinci yoxlama oyununda “Spartak”a uduzub

“İnter” (Bakı) Antalyada keçirdiyi ikinci yoxlama oyununda “Spartak”a uduzub
# 17 yanvar 2007 09:16 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən Bakının “İnter” komandası ikinci yoxlama oyununu keçirib. İlk sınaq matçında Moskvanın “Dinamo” komandasının əvəzedicilərdən ibarət heyətinə 1:2 hesabı ilə uduzan “İnter” meydanı yenə məğlubiyyətlə tərk edib. Bu dəfə rəqib Moskvanın “Spartak” komandası olub. APA-nın məlumatına görə, qarşılaşmanın ilk yarısında moskvalılar komandamıza qarşı əsas heyətlə oynayıblar. “İnter”dən Emin İmaməliyev, Yuri Muzika və baxışda olan makedoniyalı hucumçu Boban Yankovskinin fərqlənmək uçun real imkanları olsa da, fasiləyə az qalmış “Spartak” hesabı açıb. Fasilədən sonra əvəzedici heyəti meydana buraxan “Srartak” ikinci hissənin əvvəlində üstünlüyünü iki topa çatdırıb. “İnter” oyunun 84-cü dəqiqəsində Elşən Məmmədovun penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Ancaq üç dəqiqə sonra qapısından daha bir tor buraxan komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR