Bank Of Baku

“Kocaelispor” klubunun baş məşqçisi Fatih Uraz: “Komandamız Vaqif Cavadovun transferi üçün 100 min dollar ödəmək istəmir”

“Kocaelispor” klubunun baş məşqçisi Fatih Uraz: “Komandamız Vaqif Cavadovun transferi üçün 100 min dollar ödəmək istəmir”
# 17 yanvar 2007 10:17 (UTC +04:00)
Həmvətənimizin hazırda baxışda olduğu Türkiyənin Liq A kateqoriyası təmsilçisi “Kocaelispor” klubu ilə müqavilə bağlayıb-bağlamayacağı da məhz bu müddət ərzində bəlli olacaq. Bu haqda APA-ya eksklüziv açıqlamasında “Kocaelispor” klubunun baş məşqçisi Fatih Uraz məlumat verib. Türkiyəli çalışdırıcı futbolçumuzun transferi ilə bağlı problem yarandığını bildirib: “Cavadovun transferində problem var. Onun komandama keçidi ilə bağlı məsələlər həll edilməyib. Bu məsələnin necə həll olunacağı futbolçunun özü və meneceri ilə klubumuzun rəhbərliyi arasında danışıqlardan asılıdır. Baş məşqçi kimi, mən bu məsələlərə qarışmıram. Məni futbolçunun durumu, çalışması maraqlandırır”. Qeyd edək ki, V. Cavadov bir müddət əvvəl MOİK ilə müqaviləsinin müddətini artırıb. Bu səbəbdən onun transfer etmək istəyən klub MOİK komandasına 100 min ABŞ dolları ödəməlidir. F. Uraz isə “Kocaelispor” klubu rəhbərliyinin bu məbləği ödəmək fikrində olmadığını vurğulayıb: “Klubumuz bu məbləği ödəmək istəmir. Fikrimcə, problem də məhz buradadır”. Baş məşqçi həmyerlimizin tam hazır formada olmadığını da söyləyib: “Vaqif hazırda tam hazır formada deyil. Amma potensiallı, istedadlı futbolçudur. Gələcəkdə faydalı oyunçu olacağını düşünürəm. Fikrimcə, o, yaxşı transfer olacaq. Cavadovun əsas heyətə düşüb-düşməyəcəyini indidən söyləmək tezdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR