Bank Of Baku

UEFA-nın I vitse-prezidenti Şenes Erzik: “UEFA-ya seçkilərin keçirilməsinə məsul şəxs kimi mövqeyimi açıqlamağa ixtiyarım yoxdur”

UEFA-nın I vitse-prezidenti Şenes Erzik: “UEFA-ya seçkilərin keçirilməsinə məsul şəxs kimi mövqeyimi açıqlamağa ixtiyarım yoxdur”
# 17 yanvar 2007 11:45 (UTC +04:00)
“Gələn həftə Almaniyanın Düsseldorf şəhərində UEFA-ya keçiriləcək seçkiləri mən idarə edəcəyəm. Ona görə, seçkidə kimin tərəfində olacağımı söyləməyə səlahiyyətim yoxdur”. Bu fikirləri APA-ya eksklüziv açıqlamasında UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik bildirib. Vətəni Türkiyə Futbol Federasiyası (TFF) adından da mövqe bildirməsini mümkünsüz hesab edən Ş. Erzikin sözlərinə görə, seçkidə TFF başçısı Haluk Ulusoy özünün müəyyənləşdirdiyi namizədə səs verəcək: “Mən Ulusoyun adından danışa bilmərəm”. Ş. Erzik bildirib ki, qarşıdakı seçkidə hazırkı UEFA prezidenti Lennart Yuhanssona dəstək verilməsi üçün bu quruma üzv ölkələrin Milli Assosiasiyalarının rəhbərləri ilə danışıqlar apardığı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil: “Mənim UEFA İcraiyyə Komitəsinə seçilməyim üçün danışıqlar aparıblar. Artıq hazırkı vəzifəmdə dördüncü ilim bitib. Mən də postumda qalmaq üçün seçkilərə qatılmışam”. Ş. Erzik Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunların harada keçirilməsi barədə mövqeyini seçkilərdən sonra açıqlayacağını bildirib. Martın əvvəllərinə planlaşdırılan AFFA-nın yeni ofisinin açılış mərasiminə dəvətli olduğunu və bu məqsədlə Bakıya gələcəyini xatırladan Ş. Erzik UEFA-nın yeni prezidenti və FİFA başçısı Zepp Blatterin tədbirə qatılmayacağını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR