Bank Of Baku

Azərbaycan FİFA-nın yeni reytinq siyahısında iki pillə geriləyib

Azərbaycan FİFA-nın yeni reytinq siyahısında iki pillə geriləyib
# 17 yanvar 2007 12:13 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2007-ci ilin ilk ayı üçün ölkələrin reytinq siyahısını dərc edib. Ötən ayla müqayisədə ilk dörd pillədə dəyişiklik olmayıb. Beşqat dünya çempionu Braziliya (1588) birinci, son mundialın qızıl mükafatçısı İtaliya (1560) ikinci, Argentina (1551) üçüncü, Fransa (1523) dördüncü yerdəki mövqelərini qoruyublar. APA-nın məlumatına görə, ötən ilin oktyabrın 11-də Brüsseldə Belçika ilə görüşdən sonra indiyədək heç bir oyun keçirməyən Azərbaycan millisi iki pillə geriləyib. Hazırda yığmamız 182 xalla 127-ci yerdə qərarlaşıb. Millimizin Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya (1258) 8-ci, Polşa (854) 25-ci, Serbiya (765) 33-cü, Finlandiya (569) 52-ci, Belçika (563) 53-cü, Ermənistan 123-cü pillədədir. 7 pillə geriləyən Qazaxıstan isə 142-ci yerdə qərarlaşıb. Siyahıda ən çox sıçrayış edən Vyetnam, ən çox geriləyən isə Şimali Koreyadır. Vyetnamlıların 38 pillə irəlilədiyi cədvəldə koreyalılar 20 pillə geri düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR