Bank Of Baku

“Bakı” klubunun argentinalı hücumçusu Fernando Pereslə bağlı problemi yaranıb

“Bakı” klubunun argentinalı hücumçusu Fernando Pereslə bağlı problemi yaranıb
# 17 yanvar 2007 13:17 (UTC +04:00)
“Bakı” klubu “MDB və Baltikyanı ölkələrin çempionları Kuboku” turnirinə hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Rəqib birinci dəstə təmsilçisi “Masallı” olub. APA-nın məlumatına görə, “Şəfa” stadionunun sintetik örtüklü meydançasında keçirilən qarşılaşma “Bakı”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun heyətində qolları Fərid Quliyev, Leandro Qomeş və Mihay İonesku vurublar. Qeyd edək ki, ölkə çempionu hazırlıq mərhələsində keçirdiyi beş yoxlama oyunundan yalnız birinci dəstə təmsilçiləri ilə görüşlərdə qələbəyə sevinib. “Bakı”nın artıq əlini üzdüyü kamerunlu hücumçu Devid Etodan fərqli, Fernando Pereslə problemi yaranıb. Belə ki, viza problemi ilə bağlı argentinalı futbolçu Rusiyaya gələ bilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR