Bank Of Baku

“İnter” klubunun baş məşqçisi Valentin Xodukin: “Yeni legionerləri yoxlamaq üçün hələ vaxtımız var”

“İnter” klubunun baş məşqçisi Valentin Xodukin: “Yeni legionerləri yoxlamaq üçün hələ vaxtımız var”
# 17 yanvar 2007 14:19 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərində təlim-toplanışında olan “İnter” klubunun baxışa çağırdığı legionerlərdən birinin taleyinə aydınlıq gətirilib. Klubun baş məşqçisi Valentin Xodukinin APA-ya verdiyi məlumata görə,
komandanın heyətində cəmi bir oyun keçirən makedoniyalı Boban Yankovski geri qaytarılıb: “Yankovski ilə eyni vaxta düşərgəyə dəvət edilən mərakeşli hücumçu Naser Menasel, eləcə də, litvali Andreas Degdaudas və estoniyalı Eduard Radnikov hələ də bizimlədir”. V. Xodukinin daha bir litvalı futbolçunun yolunu gözlədiyini söyləyib: “Bu legioner orta sahə oyunçusudur. Komandamıza oyun qurucusu ilə yanaşı, hücumçu da lazımdır. Yeni legionerləri yoxlamaq üçün hələ vaxtımız var”. Baş məşqçi həmçinin bildirib ki, daha bir legioner, bolqarıstanlı Yevgeni Yordanov sabah komandada baxışda olacaq. Qeyd edək ki, sonuncu dəfə Y. Yordanov Rusiya çempionatında çıxış edən “Amkar” klubunun şərəfini qoruyub. Fevralın 4-də 29 yaşı tamam olacag bolqarıstanlı hücumçu ötən yay “Amkar”a keçərək, əsas heyətdə 9, əvəzedici heyətdə 19 oyunda (4 qol) meydana çıxıb. Karyerasının çox hissəsini vətənində keçirən Y. Yordanov “Velbıjd”, “Vixar”, “Spartak”, “Virin”, MOİK və Makedoniyanın “Makedonskaya Slava” klublarının heyətində çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR