Bank Of Baku

AFFA hakimlər üçün seminar keçirəcək

AFFA hakimlər üçün seminar keçirəcək
# 17 yanvar 2007 14:29 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsi (HK) fevralın 1-dən 5-dək hakimlər üçün seminar keçirəcək. Ümumilikdə, seminara qatılacaq 75 hakimdən 40 nəfəri birinci, 35-i isə yüksək dəstənin oyunlarını idarə edənlərdir. HK sədri Əli Hüseynovun APA-ya verdiyi məlumata görə, birinci dəstədə oyunlara təyinat alan hakimlərin seminara dəvət olunmasında əsas məqsəd onların hazırkı səviyyəsini müəyyənləşdirmək və perspektivli hakimlərin gələcəkdə yüksək dəstədə keçirilən qarşılaşmalarda öz gücünü nümayiş etdirməsi üçün şərait yaratmaqdır: “Çünki hazırda elə təcrübəli hakimlərimiz var ki, yaş həddi ilə əlaqədar karyeralarını başa vuracaqlar. Onların yerinə gənc hakimlərin hazırlanmasına çalışmalıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR