Bank Of Baku

“Neftçi” Albaniya çempionu “Tirana” ilə qarşılaşacaq

“Neftçi” Albaniya çempionu “Tirana” ilə qarşılaşacaq
# 17 yanvar 2007 15:08 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” Türkiyənin Antalya şəhərində keçirdiyi hazırlıq prosesində qarşılaşacağı rəqiblərdən birini dəyişmək qərarına gəlib. Qurban Qurbanovun komandası gələn həftə Rumıniya komandalarından biri ilə keçirilməsi nəzərdə tutulan oyundan imtina edərək Albaniya çempionu “Tirana” ilə oynamağa qərar verib. Bu barədə APA-ya klubun mətbuat katibi Səbuhi Səfiyarlı məlumat verib. S. Səfiyarlı hazırlıq prosesində müdafiəçi Aftandil Hacıyevin zədələndiyini də bildirib: “Aftandil ayağında ağrılar hiss etdiyindən dünən komandanın səhər məşqinə qatılmadı. Ancaq zədəsi ciddi deyil. O, yalnız bir məşq buraxaraq, axşamkı hazırlıqda iştirak edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR