Bank Of Baku

“Xəzər-Lənkəran” “Əl-Hədda” ilə heç-heçə oynayıb

“Xəzər-Lənkəran” “Əl-Hədda” ilə heç-heçə oynayıb
# 17 yanvar 2007 17:00 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” keçirdiyi ikinci yoxlama oyununda da heç-heçə edib. İlk oyunda İraq millisi ilə 1:1 bərabərə qalan lənkəranlılar bu dəfə yerli “Əl-Hədda” ilə “sülh” bağlayıblar 2:2. Bu barədə APA-ya məlumat verən “Xəzər-Lənkəran”ın mətbuat katibi Zaur Əzizovun sözlərinə görə, qarşılaşmada ilk hissədə Vüqar Nadirov, fasilədən sonra Robert İlyeş fərqlənib. Z. Əzizov baxışda olan yeni legionerlər belaruslu Sergey Pavlyukoviçlə litvalı Darius Jutautasın taleyinə iki gün ərzində aydınlıq gətiriləcəyini bildirib. Hazırlığın ilk mərhələsini başa vuraraq vətənə qayıdan “Xəzər-Lənkəran” Dubaya yenidən yollananadək legioner müdafiəçilərin komandaya lazım olub-olmadığını müəyyənləşdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR