Bank Of Baku

“Karvan” Bəşir Müqədini Tunis klubuna satıb

“Karvan” Bəşir Müqədini Tunis klubuna satıb
# 17 yanvar 2007 17:00 (UTC +04:00)
İkinci dövrənin hazırlığına Bakıda başlayan “Karvan” sabah səhər saatlarında 25 futbolçu ilə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Bu barədə APA-ya məlumat verən “Karvan” klubunun mətbuat katibi Aslan Şahgəldiyevin sözlərinə görə, komanda Antalyada üç yoxlama görüşündə qüvvəsini sınayacaq: “Bizə Qazaxıstanın “Tobol”, Ukraynanın “Çernomorets” və Cənubi Koreya komandalarından biri ilə qarşılaşmaq təklif olunub. Rəqiblərimiz və oyunların tarixləri Antalyada bəlli olacaq”. A. Şahgəldiyev bildirib ki, tunisli Bəşir Müqədi komandanı tərk edib: “Müqədi bundan sonra vətənində çıxış edəcək. Onun klubumuzla mövsümün sonunadək müqaviləsi var idi. Tunislilərlə danışıqlarımız müsbət yekunlaşdı. AFFA artıq onun transfer vərəqəsini göndərib”. Yakuba Bambaya gəlincə, A. Şahgəldiyev bildirib ki, onun taleyinə hələlik aydınlıq gətirilməyib: “Yakubanın “Karvan”da qalıb-qalmayacağı komandamız Türkiyədə olarkən müəyyənləşəcək”. Qeyd edək ki, “Karvan” yerli futbolçulardan Kamal Quliyev, İlham Yadullayev, Vadim Vasilyev və Elnur Məmmədovun ardınca, “Qarabağ”ın qış fasiləsində transferə çıxardığı yarımmüdafiəçi Mübariz Orucovla da ilyarımlıq müqavilə bağlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR