Bank Of Baku

“Neftçi” “Yozqatspor” üzərində qələbə qazanıb

“Neftçi” “Yozqatspor” üzərində qələbə qazanıb
# 18 yanvar 2007 08:50 (UTC +04:00)
Beş gün əvvəl Türkiyəyə təlim-məşq toplanışına yollanan “Neftçi” Antalya şəhərində keçirdiyi ilk yoxlama oyununu qələbə ilə başa vurub. Dördqat Azərbaycan çempionu Türkiyənin Liq B kateqoriyası təmsilçisi “Yozqatspor” klubu ilə görüşdə meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Bu haqda APA-ya məlumat verən “Neftçi” klubunun mətbuat katibi Səbuhi Səfiyarlının sözlərinə görə, qarşılaşmada vurulan yeganə qolun müəllifi Samir Əliyev olub. Beş illik fasilədən sonra yenidən “Neftçi”yə qayıdan 28 yaşlı hücumçu birinci hissədə fərqlənib. Komandamız növbəti sınaq matçını yanvarın 20-də Xabarovsk şəhərinin “OİK-Enerji” klubuna qarşı keçirəcək. “Neftçi” Rusiyanın birinci dəstəsində çıxış edən bu klubla bir gündə iki dəfə üz-üzə gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR