Bank Of Baku

“İstanbulspor”un baş məşqçisi Naci Şənsoy: “Nadir Nəbiyevlə Zaur Tağızadənin komandama keçidi alınmayacaq”

“İstanbulspor”un baş məşqçisi Naci Şənsoy: “Nadir Nəbiyevlə Zaur Tağızadənin komandama keçidi alınmayacaq”
# 18 yanvar 2007 09:29 (UTC +04:00)
“Komandama daha çox sürətli hücumçu lazımdır. Zaur Tağızadə ilə Nadir Nəbiyev mənim xoşuma gəlirdi. Bu futbolçuları yaxşı tanıyıram və onların oyunu komandamıza uyğun gəlir. Ancaq Nadirlə Zaurun klubumuza keçidi alınmayacaq”. Bu sözləri APA-ya açıqlamasında hazırda Antalyada təlim-məşq toplanışında olan “İstanbulspor” klubunun baş məşqçisi Naci Şənsoy söyləyib. Türkiyəli mütəxəssis az öncə Antalyada hazırlıqda olan “Neftçi”nin düşərgəsinə baş çəkərək N. Nəbiyevin transferi üçün danışıqlarda iştirak edib: “Nadirlə söhbətimiz oldu. Lakin danışıqlarımız uğursuz nəticələndi. “Neftçi” klubunun Azərbaycan çempionatını və kubok yarışlarını qazanmaq şansı var. Bu səbəbdən “Neftçi” rəhbərliyi Nəbiyevi, eləcə də Tağızadəni buraxmadı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR