Bank Of Baku

Gürcüstan Futbol Federasiyası: “UEFA Azərbaycan və Ermənistan yığmaları arasında görüşlərin neytral meydanda keçirilməsinin tam əleyhinədir”

Gürcüstan Futbol Federasiyası: “UEFA Azərbaycan və Ermənistan yığmaları arasında görüşlərin neytral meydanda keçirilməsinin tam əleyhinədir”
# 18 yanvar 2007 11:30 (UTC +04:00)
Azərbaycan və Ermənistan Futbol federasiyaları bu ölkələrin milli komandaları arasında Avropa çempionatının seçmə oyunlarının Tiflisdə keçirilməsi barədə Gürcüstan Futbol Federasiyası (GFF) ilə danışıqlar aparmayıb. Bu haqda APA-nın Gürcüstan bürosuna GFF-in mətbuat katibi Sandro Tsnobiladze bildirib. Onun sözlərinə görə, UEFA seçmə qrup mərhələsi çərçivəsindəki bu qarşılaşmaların neytral meydanda keçirilməsinin tam əleyhinədir.
Qeyd edək ki, 2008-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atıldıqdan sonra A qrupunda yer alan Azərbaycan və Ermənistan yığmalarının oyunlarının Tbilisidə keçirilməsi ideyası dəfələrlə səsləndirilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bu görüşlərin neytral meydanda keçirilməsində israr etsə də, Ermənistan Futbol Federasiyası qarşılaşmaların Bakıda və Yerevanda keçirilməsini istəyir. Tərəflər qarşılaşmaların harada keçirilməsi ilə bağlı yanvarın 25-də və 26-da Almaniyanın Düsseldorf şəhərində keçiriləcək UEFA-nın növbəti Konqresində müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR