Bank Of Baku

İsgəndər Cavadov: “Vaqif MOİK klubu ilə müqaviləsinin müddətini uzatmayıb”

İsgəndər Cavadov: “Vaqif MOİK klubu ilə müqaviləsinin müddətini uzatmayıb”
# 18 yanvar 2007 11:41 (UTC +04:00)
Türkiyənin Liq A kateqoriyası təmsilçisi “Kocaelispor” klubunda baxışda olan Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun atası Füzuli Cavadov Rusiyanın paytaxtı Moskvaya yollanıb. Səfərdə məqsəd Rusiyanın MOİK klubunun rəhbərliyi ilə danışıqlar apararaq futbolçunun “Kocaelispor”a transferinə dair maliyyə problemlərini yoluna qoymaqdır. Bu barədə APA-ya hücumçunun əmisi İsgəndər Cavadov məlumat verib. O, qardaşı oğlunun Türkiyəyə baxışa yollanmazdan öncə MOİK klubu ilə müqaviləsinin müddətini uzatdığı haqda yayılan xəbərləri təkzib edib: “Vaqif moskvalılarla müqaviləsinin müddətini uzatmayıb. Sadəcə, MOİK klubunda yetişdiyi üçün ruslar 100 min dollar kompensasiya istəyirlər”. İ. Cavadov problemin həll ediləcəyinə inandığını vurğulayıb: “Məndə olan məlumata görə, “Kocaelispor” Vaqiflə 3 illik müqavilə bağlamaq istəyir. Bizim MOİK klubu ilə yaxşı münasibətlərimiz var. Hesab edirəm ki, 100 min dollar olmasa da, daha aşağı məbləği ödəməklə Vaqifin MOİK klubundan azad agent kimi ayrılmasına nail olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR