Bank Of Baku

“Olimpik” viza problemi ilə üzləşdiyindən Antalyaya yollanmayacaq

“Olimpik” viza problemi ilə üzləşdiyindən Antalyaya yollanmayacaq
# 18 yanvar 2007 13:27 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə yanvarın 20-də Türkiyəyə təlim-məşq toplanışına yollanmağı planlaşdıran paytaxtın “Olimpik” komandasının Antalyaya səfəri baş tutmayacaq. Buna səbəb afrikalı legionerlər Morris Pedro və Pathe Banquranın viza problemi ilə üzləşməsidir. Bu barədə APA-ya klubun mətbuat katibi Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, komanda qara dərili futbolçularsız toplanışa yollanmağa lüzum görməyib: “Türkiyə səfirliyindən konqolu Morris Pedro və qvineyalı Pathe Banqura üçün viza ala bilmədik. Bu legionerlərin viza problemini həll etmək üçün ötən ilin sonlarında Gənclər və İdman Nazirliyinə (GİN) rəsmi müraciət etmişdik. Nazirlik yanvarın 10-da legionerlərə viza açılması məqsədilə Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edib. Ancaq bizə bildirildi ki, həmin futbolçulara viza bir aya verilə bilər. Biz də toplanışa afrikalı oyunçular olmadan yollanmağı məqsədəuyğun saymadıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR