Bank Of Baku

“MKT-Araz” Türkiyəyə yollanır

“MKT-Araz” Türkiyəyə yollanır
# 18 yanvar 2007 13:56 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu yanvarın 20-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Bu gün keçirilən ikitərəfli oyunla hazırlığın ilkin mərhələsini başa vuran imişlililər vətənə fevralın 6-da qayırmağı planlaşdırıblar. Bu haqda APA-ya klubun baş meneceri Ramiz Qarayev məlumat verib. Onun sözlərinə görə, toplanışa yollanmalarına baxmayaraq, dövrələrarası fasilədə heyətə yerli futbolçu cəlb edə bilməyiblər: “Seyidağa Babayevlə Əhməd Qurbanov hələ də baxışdadır. Bu futbolçuları Antalyaya təlim-məşq toplanışına aparmaq fikrindəyik. Oradakı hazırlıq prosesi bu futbolçuların bizə lazım olub-olmamasını göstərəcək. “Karvan”ın transferə çıxardığı Elnur Abbasovla danışıqlarımız isə davam edir”. R. Qarayev bildirib ki, düşərgəyə cəlb edilən Tofiq Babayevin də Türkiyəyə aparılması planlaşdırılsa da, futbolçunun sənədlərində problem olduğundan səfərə çıxmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR