Bank Of Baku

Tofiq Bəhramov adına stadionun icarə haqqı 2500 manata qaldırılıb

Tofiq Bəhramov adına stadionun icarə haqqı 2500 manata qaldırılıb
# 18 yanvar 2007 14:50 (UTC +04:00)
Tofiq Bəhramov adına Respublika stadionunun klublar üçün icarə haqqı 1000 manat artırılaraq 2500 manata çatdırılıb. Bu barədə APA-ya stadionun direktoru Akif İsmayılov məlumat verib. O, artımı enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə əlaqələndirib: “Stadionun mövcud kommunal xərclərini hesablayaraq qənaətə gəlmişik ki, qiymətləri qaldıraq. Çünki təsərrüfat hesabı ilə işləyən təşkilat kimi, 80-ə yaxın işçimizə maaşı özümüz veririk”. A. İsmayılov ötən il dekabrın əvvəllərində iki günə 3 oyun keçirilməsindən sonra bərbad hala düşmüş ot örtüyündə təmir işlərinin başa çatdığını deyib. Onun sözlərinə görə, milli çempionatın ikinci dövrəsində ölkənin baş arenasından yalnız “Neftçi” və “Bakı” klubları yararlanacaq. Hər iki klub icarə haqqının qalxması haqda məlumatlandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR