Bank Of Baku

Respublika stadionunun tablosu dəyişdiriləcək

Respublika stadionunun tablosu dəyişdiriləcək
# 18 yanvar 2007 14:50 (UTC +04:00)
2007-ci ilin sonunadək Tofiq Bəhramov adına Respublika stadionunun elektron tablosu dəyişdiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, tablonun dəyişdirilməsi məqsədilə nazirliyin büdcəsindən vəsait ayrılacaq. Vəsaitin məbləği isə dövlət büdcəsinə yenidən baxıldıqdan sonra müəyyənləşəcək: “Dövlət büdcəsindən nazirliyin büdcəsinə əlavə vəsait daxil olduqdan sonra tablonun dəyişdirilməsinə ayrılacaq vəsaitin həcmi bilinəcək”. R. Abbasov yeni elektron tablonun daha müasir olacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR