Bank Of Baku

Şahin Diniyev: “Sokolovun mövqeyində oynadacağım müdafiəçini müəyyənləşdirmişəm”

Şahin Diniyev: “Sokolovun mövqeyində oynadacağım müdafiəçini müəyyənləşdirmişəm”
# 18 yanvar 2007 15:04 (UTC +04:00)
“Sokolov həqiqətən də Belçika ilə oyunun fasiləsində ayağında ağırlar baş qaldırdığını söyləmişdi. Köhnə zədəsi futbolçuya əziyyət verirdi. Sergeyə iynə vurulmasından xəbərdaram. Ancaq həmin iynənin tərkibində istifadəsi qadağan edilmiş dərman preparatının olduğunu söyləyə bilmərəm”. Bu sözləri APA-ya açıqlamasında hazırda Antalyada toplanışda olan Azərbaycan komandalarının yoxlama oyunlarını izləyən millimizin baş məşqçisi Şahin Diniyev deyib. Yığmamızın müdafiəçisi Sergey Sokolovun 18 ay müddətinə cəzalandırılmasında həkimləri ittiham edən Ş. Diniyevin sözlərinə görə, futbolçu kiminsə səhvinin qurbanı olub: “Ancaq hansı həkimin günahıdır, bunu deyə bilmərəm. Millinin həkimi Ramiz Kərimov komandada müqavilə əsasında çalışıb. Onun yığmaya kim tərəfindən dəvət edildiyini bilmirəm”. Ş. Diniyev artıq S. Sokolovun mövqeyində oynadacağı futbolçunu müəyyənləşdirdiyini açıqlayıb: “İndiyədək burada iki oyuna baxmışam. “İnter” və “Neftçi”nin keçirəcəyi görüşlərə də baxacağam. Özüm üçün Sokolovun mövqeyində oynadacağım futbolçunu müəyyənləşdirmişəm. Ancaq bir oyunla indidən ad açıqlamaq düzgün deyil. Hər hansı futbolçunun stabil çıxış etdiyi barədə mülahizə yürütmək üçün onun bir neçə oyununu izləmək lazımdır. Üç gündən sonra Sokolovun mövqeyinə kimin layiq olduğunu açıqlaya bilərəm”. Qeyd edək ki, Ş. Diniyev Bakıya yanvarın 23-də qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR