Bank Of Baku

Makedoniya Futbol Federasiyasının baş katibi həbs edilib

Makedoniya Futbol Federasiyasının baş katibi həbs edilib
# 18 yanvar 2007 15:55 (UTC +04:00)
Makedoniya Futbol Federasiyasının (MFF) baş katibi Lazar Mitrevski həbs edilib. Vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan baş katibin həbsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları federasiyanın binasını möhürləyiblər. APA-nın məlumatına görə, yaranmış qalmaqala aydınlıq gətirmək üçün UEFA-nın futbolun inkişafı şöbəsinin rəhbəri Qabriela Şaso təcili Makedoniya paytaxtı Skopyeyə göndərilib. UEFA rəsmisi yerli futbol qurumunun rəsmiləri ilə görüşlər keçirəcək. MFF prezidenti Hari Haciristeski vəziyyətlə bağlı ali qurumlara məlumat verildiyini bildirib: “Biz son günlər baş verənlərlə bağlı FİFA və UEFA-nı məlumatlandırmışıq. Hesab edirəm ki, tezliklə birbaşa Makedoniya hökumətinə ciddi etiraz gələcək”. Makedoniya millisinin baş məşqçisi Sreçko Katanets isə federasiya rəhbərliyinin istefa verəcəyi təqdirdə, postunu tərk edəcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR