Bank Of Baku

“İnter” Antalyada “Kuban”a məğlub olub

“İnter” Antalyada “Kuban”a məğlub olub
# 18 yanvar 2007 15:56 (UTC +04:00)
Bakının “İnter” komandası Türkiyədəki hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Rusiya premyer-liqasında çıxış edən “Kuban”la qarşılaşmada komandamız 3:5 hesabı ilə məğlub olub. Bu barədə APA-ya komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, rəqib fasiləyədək 3 top üstünlüyü ilə irəlidə olub: “İkinci hissədə oyunumuzu yaxşılaşdırdıq. Komandamızdan Yuri Muzika, Zaur Həşimov və Elşən Məmmədov (penaltidən) fərqləndi. Ancaq “Kuban” ikinci hissədə də qapımıza yol taparaq qələbə qazandı”. V. Xodukin bildirib ki, baxışa çağırılan estoniyalı hücumçu Eduard Radnikov geri qaytarılıb. Baxışa çağırılan bolqarıstanlı hücumçu Yevgeni Yordanov isə səhhətində yaranan problemlə əlaqədar komandaya qoşulmayacaq. “İnter” növbəti yoxlama oyununu yanvarın 22-də “Şinnik”lə (Yaroslavl) keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR