Bank Of Baku

“Xəzər-Lənkəran” Sergey Pavlyukoviç və Darius Jutautasla müqavilə bağlayacaq

“Xəzər-Lənkəran” Sergey Pavlyukoviç və Darius Jutautasla müqavilə bağlayacaq
# 19 yanvar 2007 09:52 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən təlim-məşq toplanışından qayıdan “Xəzər-Lənkəran” bir günlük istirahətdən sonra yenidən məşqlərə başlayıb. Lənkəranlıların məşqlərini “Ədliyyə” stadionunda keçirməsi nəzərdə tutulub. Ağasəlim Mircavadovun komandası birinci dəstə təmsilçilərindən (“Masallı” və ya “Ədliyyə”) biri ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Bu barədə APA-ya klubun mətbuat katibi Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, komandaya dəvət edilən yeni legionerlər - belaruslu Sergey Pavlyukoviçlə litvalı Darius Jutautasın transferi yekunlaşmaq üzrədir: “Bu legionerlər komandamızın düşərgəsinə gələnədək vətənlərində çıxış ediblər. Pavlyukoviç Minskin “Dinamo”, Jutautas Klaypedanın “Atlantas” klubunun şərəfini qoruyub. Onların keçmiş klubları ilə problemi yaranmamalıdır. Hər şey Pavlyukoviçlə Jutautasla maddi məsələlərdə razılığa gəlib-gəlməməyimizdən asılı olacaq. Bu gün məsələ həllini tapmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR