Bank Of Baku

Çingiz İsmayılov: “Fuad Əsədov mənə müavini işləməyi təklif edib”

Çingiz İsmayılov: “Fuad Əsədov mənə müavini işləməyi təklif edib”
# 19 yanvar 2007 10:40 (UTC +04:00)
Bu fikirləri APA-ya verdiyi açıqlamasında AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov söyləyib. Ramiz Mirzəyevin AFFA prezidenti seçilməsindən bir neçə gün sonra hazırkı baş katib Fuad Əsədovun ona vəzifə təklif etdiyi söyləyən Ç. İsmayılov həmin vaxt bu təkliflə razılaşmadığını vurğulayıb: “Seçkidən sonra Əsədov mənə dedi ki, Ramiz Mirzəyev səndən inciyib. Mirzəyevin ünvanına “onun federasiya prezidenti olmağa mənəvi haqqı yoxdur” söyləmişdim. Buna baxmayaraq, Əsədov mənə özünün müavini işləməyi təklif etdi. Ancaq mən həmin vəzifə ilə razılaşmadım”. Hazırkı AFFA rəhbərliyinin üç illik fəaliyyəti dövründə futbolun inkişafında irəliləyişin əldə olunmadığını söyləyən Ç. İsmayılov bunu millimizin rəsmi oyunlarda qələbə qazana bilməməsi ilə əlaqələndirib: “Bizdən sonra yığma rəsmi görüşlərdə qələbə üzünə həsrət qalıb. Amma bizim vaxtımızda milli hərdən sensasion qələbə qazanırdı. Slovakiya, Serbiya və Çernoqoriyanı məğlub etməklə, bu komandaların dünya və Avropa çempionatlarının final mərhələsinə yüksəlməsinə mane olmuşduq”. Ç. İsmayılov 10 ildən sonra Azərbaycanda futbolun olmayacağını proqnozlaşdırıb: “Belə getsə, 2017-ci ildə ölkədə futbol olmayacaq. Çünki hazırda federasiyada çoxları layiq olmadıqları vəzifələrdə işləyir. Uşaq futbolunda irəliləyiş görmürəm. Vaxtilə “Şəfa” klubunun tərkibində müxtəlif yaş qrupları üzrə komandalar yaratmışdıq. İndi həmin futbolçular iddialı klublarımızda çıxış edirlər”. Sabiq baş katib futbolçularımızın xarici ölkələrdə çıxış edə bilməməklərini onlara burada yaradılan yüksək şəraitlə əlaqələndirib: “Futbolçularımız yaxşı dərk edirlər ki, xarici ölkəyə getsələr, komanda rəhbərliyi onlardan məşqlərdə çox şey tələb edəcək. Verilən tapşırıqları yerinə yetirməyə onların fiziki imkanları yoxdur. Buna görə, burada qalıb pul qazanmağa üstünlük verirlər”. /Ð?PÐ?/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR