Bank Of Baku

“Neftçi” yanvarın 24-də Albaniya çempionu “Tirana” ilə yoxlama görüşü keçirəcək

“Neftçi” yanvarın 24-də Albaniya çempionu “Tirana” ilə yoxlama görüşü keçirəcək
# 19 yanvar 2007 11:23 (UTC +04:00)
“Neftçi” klubunun Antalyada hazırlıq prosesində Albaniya çempionu “Tirana” ilə yoxlama oyununda qarşılaşacağı dəqiqləşib. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, albanlarla sınaq matçı yanvarın 24-də baş tutacaq. Həmin gün “Neftçi” daha bir oyunda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası “Tirana”dan əvvəl Rumıniya təmsilçisi “QFR-1907” ilə üz-üzə gələcək. “Neftçi” bu oyunlara iki fərqli heyətlə çıxacaq. Dördqat Azərbaycan çempionunun yanvarın 28-də digər Rumıniya klubu “Arceş”lə də yoxlama matçı planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR