Bank Of Baku

“Bakı” klubunun rəqibi “Dordoy-Dinamo” Moskvaya vaxtında yollana bilməyib

“Bakı” klubunun rəqibi “Dordoy-Dinamo” Moskvaya vaxtında yollana bilməyib
# 19 yanvar 2007 15:32 (UTC +04:00)
“MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində “Bakı” klubunun rəqibi olan Qırğızıstan çempionu “Dordoy-Dinamo” komandası əvvəlcədən nəzərdə tutulan vaxtda Rusiyaya yollana bilməyib. APA-nın məlumatına görə, dünən gecə Qırğızıstan paytaxtına yağan güclü qar ucbatından Bişkek-Moskva reysi təxirə düşdüyü üçün klubun səfəri baş tutmayıb. Bu gün axşam saatlarına Moskvaya yollanmağı planlaşdıran “Dordoy-Dinamo” komandasının yarışların keçirildiyi “Dinamo” manejinin süni örtüklü meydançasındakı ilk məşqindən məhrum ola bilər. Xatırladaq ki, C qrupunda yer alan Qırğızıstan təmsilçisi ilk oyununu sabah Moskva vaxtı ilə saat 13:00-da Estoniyanın “Levadiya” klubuna qarşı keçirməlidir. “Dordoy-Dinamo”nun “Bakı” ilə oyunu isə yanvarın 21-də olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR