Bank Of Baku

Lennart Yuhansson: “Federasiya prezidentləri mənə verdikləri sözə əməl etsələr, bu seçkidən də qalib ayrılacağam”

Lennart Yuhansson: “Federasiya prezidentləri mənə verdikləri sözə əməl etsələr, bu seçkidən də qalib ayrılacağam”
# 19 yanvar 2007 15:39 (UTC +04:00)
Avropa Futbol Federasiyaları İttifaqının (UEFA) prezidenti Lennart Yuhansson yanvarın 26-da keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib. APA-nın məlumatına görə, Fransa futbolunun ünlü siması Mişel Platini ilə UEFA prezidentliyi uğrunda seçkiyə qatılan 77 yaşlı L. Yuhansson yenidən qalib seçilmək istədiyini vurğulayıb: “Səsvermə gizli keçiriləcəyindən öncədən bir şey söyləmək mümkün deyil. İnsanlar üzdə bir söz deyib, səsvermədə başqa cür davrana bilərlər. Lakin 40 ildir tanıdığım federasiya prezidentləri mənə verdikləri sözə əməl etsələr, bu seçkidən də qalib ayrılacağıma əminəm”. M. Platininin təcrübəsiz olduğunu vurğulayan L. Yuhansson rəqibi haqqında belə deyib: “O, çox yaxşı oyunçu və yaxşı insandır. Amma 1998-ci ildə dünya çempionatının təşkili ilə məşğul olmaq, lokal təşkilatçılıq təcrübəsi qazanmaq bu iş üçün yetərli deyil. 52 fərqli dil, din və mövqeləri təmsil edən federasiyanın idarə olunması böyük təcrübə istəyir”. Xatırladaq ki, L. Yuhansson 1990-cı ildən UEFA prezidentidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR