Bank Of Baku

UEFA Sergey Sokolovla bağlı qərarın mətnini AFFA-ya göndərib

UEFA Sergey Sokolovla bağlı qərarın mətnini AFFA-ya göndərib
# 19 yanvar 2007 16:55 (UTC +04:00)
Avropa Futbol Federasiyaları İttifaqı (UEFA) 18 ay müddətinə cəzalandırdığı milli komandamızın müdafiəçisi Sergey Sokolovla bağlı çıxardığı qərarı bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) göndərib. Bu barədə APA-ya AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, 8 səhifəlik qərar tərcümə edildikdən sonra mətbuata təqdim olunacaq. Bundan sonra AFFA rəhbərliyinin UEFA-nın çıxardığı qərarla bağlı apellyasiya şikayəti verib-verməyəcəyi, eləcə də futbolçunun uzunmüddətli diskvalifikasiyaya məruz qalmasında məsuliyyət daşıyan şəxsin cəzalandırılıb-cəzalandırılmayacağına aydınlıq gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR