Bank Of Baku

Hollandiyanın “Feyenoord” klubu UEFA Kuboku turnirindən kənarlaşdırılıb

Hollandiyanın “Feyenoord” klubu UEFA Kuboku turnirindən kənarlaşdırılıb
# 20 yanvar 2007 09:33 (UTC +04:00)
Hollandiyanın “Feyenoord” klubu UEFA Kuboku turnirindən kənarlaşdırılıb. APA-nın məlumatına görə, buna hollandiyalı azarkeşlərin ötən ilin noyabrın 30-da Fransada “Nansi” ilə qarşılaşmadakı davranışları səbəb olub. Qitə futbol qurumunun Apelyasiya İnstansiyası (Aİ) Nizam-İntizam Komitəsinin (NİK) dekabrın 7-də çıxardığı ilkin qərarı daha da sərtləşdirməklə, Rotterdam komandasını mövsümün sonunadək UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıb. Xatırladaq ki, UEFA kubokunun qrup mərhələsində uğurla çıxış edərək növbəti mərhələyə vəsiqə qazanan “Feyenoord” 1/16 finalda İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşmalı idi. Ancaq hollandiyalıların mübarizədən kənarlaşdırılmasından sonra “Tottenhem” ya turnirin 1/8 finalına birbaşa vəsiqə qazana qazanacaq, ya da 1/16 finalda qrupda 4-cü yeri tutan Polşanın “Visla” klubu ilə qarşılaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR