Bank Of Baku

Avropada 2006-cı ilin simvolik komandasına daxil edilən futbolçular müəyyənləşib

Avropada 2006-cı ilin simvolik komandasına daxil edilən futbolçular müəyyənləşib
# 20 yanvar 2007 09:43 (UTC +04:00)
Avropa Futbol Federasiyaları Birliyinin (UEFA) hər il internet vasitəsilə keçirdiyi ənənəvi sorğuya əsasən, qitədə 2006-cı ilin simvolik komandası müəyyənləşib. APA-nın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, simvolik komandaya daha çox ötən il Çempionlar Liqasının qalibi olan İspaniyanın “Barselona” və dünya çempionu titulunu qazanan İtaliya yığmasının oyunçuları düşüb:
Qapıçı: Canluici Buffon (“Yuventus”, İtaliya). Müdafiəçilər: Canluka Zambrotta (“Barselona”, İtaliya), Fabio Kannavaro (“Real” Madrid, İtaliya), Karles Puyol (“Barselona”, İspaniya). Yarımmüdafiəçilər: Filipp Lam (“Bavariya”, Almaniya), Stiven Cerrard (“Liverpul”, İngiltərə), Sesk Fabreqas (“Arsenal”, İspaniya), Kaka (“Milan”, Braziliya), Ronaldinyo (“Barselona”, Braziliya). Hücumçular: Tyeri Anri (“Arsenal”, Fransa), Samuel Eto (“Barselona”, Kamerun). Ötən ilin baş məşqçisi isə “Barselona” klubunun hollandiyalı çalışdırıcısı Frank Raykaard seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR