Bank Of Baku

Milli komandamızın braziliyalı müdafiəçisi Andre Ladaqa “Bakı” “Şerif” görüşündə meydana çıxmayacaq

Milli komandamızın braziliyalı müdafiəçisi Andre Ladaqa “Bakı”  “Şerif” görüşündə meydana çıxmayacaq
# 20 yanvar 2007 11:06 (UTC +04:00)
Azərbaycan çempionu “Bakı” klubunun bu gün debüt etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində “Şerif”lə ilk qarşılaşmasında meydana çıxacaq start heyəti bəlli olub. APA-nın məlumatına görə, komandamızın qapısını Xalidu Sissoko qoruyacaq. Müdafiədə Ramin Quliyev, Rafael Əmirbəyov, Rail Məlikov və Vüqar Quliyev çıxış edəcək. Aleksandr Qoqoberişvili, Romal Hüseynov, Ramazan Abbasov, Amiran Mucuri yarımmüdafiə, Samir Musayevlə Leandro Qomeş hücum xəttində yer alacaq. Ehtiyatda qalan futbolçular isə Orxan Mirzəyev, Asif Abbasov, Elnur Abdullayev, Tərlan Xəlilov, Mihay İonesku, Fərid Quliyev və milli komandamızın Avropa çempionatının seçmə mərhələsində vurduğu yeganə qolun müəllifi Andre Ladaqadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR