Bank Of Baku

“Bakı” - “Dordoy-Dinamo” görüşündə qalmaqal baş verib

“Bakı” - “Dordoy-Dinamo” görüşündə qalmaqal baş verib
# 22 yanvar 2007 09:01 (UTC +04:00)
Ölkəmizi “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində təmsil edən “Bakı” qrup mərhələsində keçirdiyi ilk oyunda məğlub olsa da, ikinci görüşünü qələbə ilə başa vurub. Yanvarın 20-də Moldova çempionu “Şerif” komandası ilə oyunda meydanı 3:4 hesablı məğlubiyyətlə tərk edən “Bakı” klubundan topların müəllifləri Samir Musayev, Amiran Mucuri və Mihay İonesku olub. Azərbaycan çempionu ertəsi gün Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə qarşılaşıb və Aleksandr Qoqoberişvili və Samir Musayevin qolları sayəsində 2:0 hesablı qələbə qazanıb. APA-nın məlumatına görə, oyunun 78-ci dəqiqəsində “Bakı”nın müdafiəçisi Rail Məlikovla rəqib futbolçu bir-biri ilə kobud davrandığından, qarşılaşma bir neçə dəqiqə dayandırılıb. Qarşılaşmanı idarə edən rusiyalı hakim hər iki futbolçunu meydandan qovmaqla yanaşı, icazəsiz meydana soxularaq insidentdə iştirak edən “Bakı”nın ehtiyat oyunçuları Orxan Mirzəyevlə Elnur Abdullayevə sarı vərəqə göstərib. Komandamız qrupda sonuncu görüşünü yanvarın 23-də Estoniya çempionu “Levadiya” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, hər iki komandanın hesabında üç xal var. Topların daha yaxşı fərqinə görə, “Levadiya” hazırda ikinci yerdə olduğundan, “Bakı” növbəti mərhələyə çıxmaq üçün Estoniya çempionu üzərində qələbə qazanmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR